Bölmələr
Arxiv

Tanışlıq

TƏBRİK EDİRİK!

Əbülfəz Müslüm oğlu

Qazaxıstanın müstəqillik tarixində ilk azərbaycanlı olaraq soydaşımız ölkənin ən yüksək Fəxri mükafatına layiq görülüb
Qazaxıstan prezidenti Nursultan Nazarbayevin fərmanı ilə Qazaxıstan Azərbaycanlıları Assosiasiyası İctimai Birliyinin sədri, Qazaxıstan Xalqları Assambleyası Şurasının üzvü, texnika elmləri namizədi Əbülfəz Müslüm oğlu bu ölkənin ən ali mükafatı sayılan “KÜRMET” ordeni ilə təltif olunub.

Təltifetmə mərasimində Qazaxıstanın Dövlət katibi Kanat Saudabayev bildirib ki, Qazaxıstan azərbaycanlılarının başçısı Əbülfəz Müslüm oğlu ölkənin sosial-iqtisadi, mədəni inkişafındakı, qazax dilinin Azərbaycan diasporu arasında geniş təbliği, Qazaxıstan Xalqları Assambleyası Şurasının üzvü kimi fəal xidmətlərinə görə ümummilli lider Nazarbayev tərəfindən yüksək mükafata layiq görülüb.
Əbülfəz Müslüm oğlunun ata-babaları keçən əsrin 1932-1937-ci illərində Azərbaycandan Qazaxıstana sürgün olunub. 1962-ci ildə Cənubi Qazaxıstan vilayətinin Maxtaral rayonunda dünyaya göz açan Əbülfəz Müslüm oğlu hazırda ölkənin 20 ən güclü və investisiya qabiliyyətinə malik sahibkarlarından hesab olunur. Eyni zamanda 2000-ci ilin əvvəllərindən başlayaraq isə Qazaxıstan Azərbaycanlıları Assosiasiyası İctimai Birliyinə başçılıq edir. Qazaxıstanlı soydaşlarımızın mətbu orqanı olan “VƏTƏN” qəzetinin, Qazaxıstan Dövlət radiosunda efirə çıxan həftəlik “Azərbaycan proqramı”nın, bazar günü Azərbaycan məktəbinin, “Bahar” rəqs qrupunun bütün maliyyə xərclərini və digər tədbirlərin məsrəflərini Əbülfəz Müslüm oğlu qarşılayır.
Ə.Müslümoğlu deyib:”Mənə verilən bu yüksək mükafat bütün Qazaxıstan azərbaycanlılarına verilən qiymətdir. Qazax və Azərbaycan xalqlarının, eləcə də ümummilli liderimiz Heydər Əliyevlə Nursultan Nazarbayevin tarixi dostluq əlaqələrinin bariz nümunəsi kimi Astanada “Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi”nin inşasını tamamladıqdan sonra, rahat nəfəs alaraq arzumun və borcumun bir qismini həyata keçirmiş olacağam. Gələn il – 2012-ci ildə hər kəsi indidən bu mərkəzimizin açılışına dəvət edirəm”.
Diqqətinizə çatdıraq ki, Astanada inşa olunan 14 mərtəbədən ibarət “Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi”nin inşası Əbülfəz Müslüm oğlunun şəxsi vəsaiti hesabına həyata keçirilir. Mərkəzin ümumi smeta dəyəri 10 mln. ABŞ dolları dəyərindədir.
Əbülfəz Müslüm oğlu Qazaxıstanın müxtəlif bölgələrində baş verən bir sıra təbii fəlakət rayonlarına da soydaşlarımız adından dəfələrlə yardım göstərib və ölkə rəhbərliyi tərəfindən xüsusi təşəkkür və Fəxri Fərmanlara layiq görülüb. 2010-cu ildə Qazaxıstan azərbaycanlılarının ilk birlik qurultayı da məhz onun təşəbbüsü ilə keçirilib. O. Dünya Azərbaycanlılarının indiyədən düzənlənən bütün qurultaylarının iştirakçısı olub.
Ömür-gün yoldaşı Mehriban Yadulla qızı da sahibkarlıqla məşğuldur və bu il yaradılan Azərbaycan Qadınlar Cəmiyyətinə başçılıq edir.
Üç oğul atasıdır. Böyük oğlu Elçin İngiltərədə London universitetində təhsil alır.

Hökümə Xəlilova,

Ramiz Məşədihəsənli.

 

ASTANADA İNŞA OLUNAN AZƏRBAYCAN EVİ – müəllifi və maliyyə dəstəyi Qazaxıstan “Azərbaycanlıları assosiasiyası” Respublikf İctimai Birliyinin sədri, Qazaxıstan Xalqları Assambleyası Şurasının üzvü, firma və şirkətlər qrupunun prezidenti ƏBÜLFƏZ MÜSLÜM OĞLU XAMEDOVDUR.

*   *   *

Абилфас Муслим оглу ХАМЕДОВ – руководитель РОО “Ассоциация азербайджанцев” Казахстана.

21 декабря 2003 года президентом конгресса “ТУРАН” был избран Абилфас Муслим оглу Хамедов. Сейчас он является руководителем РОО “Ассоциация азербайджанцев” Казахстана, членом Ассамблеи народа Казахстана. Часто выезжает в областные центры РК для оказания практической помощи азербайджанским культурным центром в регионах.

В мае 2005 года в составе правительственной делегации Республики Казахстан во главе с Президентом Н.А.Назарбаевым посетил историческую Родину – Республику Азербайджан.

Абилфас Муслим оглу ХАМЕДОВ родился 7 марта 1962 года в Южно-Казахстанской области, Махтааральском районе. В 1980 году окончил школу имени 1 Мая и приехал в город Алма-Ату и поступил в Алма-Атинский архитектурно-строительный институт и обучался по специальности “промышленное и гражданское строительство”. В 1983 году перевелся на вечернюю форму обучения. В 1986 году его перевели мастером, в 1987 году – прорабом, старишим прорабом, в 1988 году – главным инженером ПМК – 7 треста “Алма-Атаагроспецстрой”. В 1989 году назначили начальником ПМК – 5 треста “Алма-Атапищестрой”, где проработал до 1993 года. С 1993 года стал заниматься предпринимательской деятельностью. Создал строительную компанию ТОО “ЦЕНТРПЛАСТ”, ТОО “ПУГАСОВ”, где работает по сегодняшний день.

В 2010 году 10 марта на втором курултае Азербайджанцев мира А.Хамедов был избран членом Координационного Совета Азербайджанцев Мира.

Он является членом Совета АНК. Доктор технических наук, заслуженный строитель Казахстана. В декабре 2011 году с Указом Президента Казахстана был награжден орденом КУРМЕТ.

Женат. Имеет 3 сына.

*   *   *

Süleyman Paşa oğlu ƏHMƏDOV – Qazaxıstan “Azərbaycanlıları assosiasiyası” Respublika İctimai Birliyi sədrinin birinci müavini, iş adamıdır.

Süleyman ƏHMƏDOV 1955-ci il aprelin 9-da Gürcüstanın laqodexi rayonunun Qabal kəndində anadan olub. Hərbi xidmətini başa vurandan sonra – 1975-ci ildən taleyini Almatı şəhəri ilə bağlayıb. Bir müddət təcarət sahəsində fəaliyyət göstərdikdən sonra, Alma-Ata Ticarət Texnikumuna daxil olub. Yenə də ticarət sahəsində çalışıb. Təhsilini davam etdirərək, Almatı Xalq Təsərrüfatı İnstitutunda oxuyub, ali təhsil diplomu alıb.

Ailəlidir. İki oğlu və bir oğul nəvəsi vardır.

Arzusu Azərbaycan diaporunu fəal görməkdir.

*   *   *

Eyvaz İmanverdi oğlu MƏMMƏDHƏSƏNOV 2008-ci il iyunun 1-də 5 namizəd içərisində səsçoxluğu ilə Almatı şəhər “OZAN” Azərbaycan Mədəniyyət Mərkəzinin sədri seçilib. Bu gün də həmin vəzifəsini davam etdirir.  Valideynləri 1937-ci ildə Azərbaycanın Masallı rayonundan Qazaxıstana Stalin repressiyası nəticəsində sürgün olunub. Uzun müddət təsərrüfatda rəhbər vəzifələrdə çalışan atası İMANVERDİ MƏMMƏDHƏSƏNOV 22 yaşında ikən SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanına əsasən 1948-ci il martın 28-də Sosialist Əməyi Qəhrəmanı Fəxri adına layiq görülüb.

Eyvaz 2 mart 1958-ci ildə Cambul vilayəti Çu rayonunun Novıy Put (indiki Jana Jol – Yeni Yol) kəndində çoxuşaqlı (11 uşaq olublar) ailədə dünyaya göz açıb. Həmin kənddə Panfilov adına orta məktəbdə təhsil alıb.

1976-cı ildə hərbi xidmətini Kiyev şəhərində başa vurduqdan sonra Qazaxıstanın o vaxtkı paytaxtı Alma-Ata şəhərinə gəlib. Əmək fəaliyyətinə dəmir yolunda vaqon bələdçisi kimi başlayıb. 1983-cü ildə isə ticarət sahəsində fəaliyyətə keçib. 1991-1992-ci illərdə Alma-Atadakı Sovet Ticarəti texnikumunda oxuyub. O, bugünədək ticarət sahəsində – restoran biznesində çalışır.

Ailəlidir. İki qızı və bir qız nəvəsi vardır.

Arzusu Qazaxıstan azərbaycanlılarını yumruq halında birgə fəaliyyətdə görməkdir.






*   *   *

İlham Tağıyev

İlham Xanəhməd oğlu Tağıyev 30.07.1961-ci ildə Gürcüstanda anadan olub. Ali təhsilli hüquqşünasdır. Uzun illər Qazaxıstanın keçmiş

paytaxtı Almatıda milis sistemində çalışıb. Ehtiyatda olan polkovnik-leytenantdır.

İlham Tağıyev eyni amanda Almatı şəhər Azərbaycan Mədəniyyət

Mərkəzi sədrinin müavinidir. Diasporun öndə gedən fəallarından biri kimi, Qazaxıtan azərbaycanlılarının ümumi birliyini arzu edir və bu yolda yorulmadan

fəaliyyətdədir.

27s şərh var: “Tanışlıq”

  • Turihlu sana yakismir.Esekoglusun sen.

  • aysel:

    saytınızı xoşladım. amma cəbrayıl haqqında məlumat yoxdur

  • aysel:

    necəsiniz

  • Öncə salam vermək lazım. Sonra hal-əhval tuturlar. Təşəkkür edirik. Özünüz haqqında bilgi versəniz pis olmaz.

  • Cəbrayıl haqqında da siz yazın. Təki obyektiv bir məlumat olsun.

  • Fuad:

    Salam, Əbülfəz müəllim.

    Sizin e-maili saytınızdan götürdüm. Mən “Paritet” qəzetinin (www.paritet.az) əməkdaşıyam. Özüm diaspor
    yazarıyam

    Bizim qəzet Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstyi Fondunun
    dəstəyi ilə “Diaspor qurumlarımızın dəşkilatlanmasına informasiya
    dəstəyi” layihəsinə start verib.

    Layihə çərçivəsində xaricdəki diaspor təşkilatı sədrləri ilə müsahibələr
    də dərc edirik. Həmçinin diaspor mətbuatımız haqqında yazı hazırlayırıq.
    Bu baxımdan Qazaxıstan Azərbaycanlıları Assosiasiyası İctimai Birliyinin, eyni zamanda
    əgər təşkilatın nəzdində fəaliyyət göstərən KİV-lərin fəaliyyəti haqında yazı
    hazırlamaq istəyirəm.

    Əgər razılıq versəydiniz Sizə müsahibə üçün suallar
    göndərərdik.

    Hörmətlə,Fuad Hüseynzadə, “Paritet” qəzet

  • Hörmətli Ramiz Məşədihəsənliyə!
    Hörmətli Ramiz müəllim mən Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutunun “Azərbaycanın beynəlxalq əlaqələri tarixi” şöbəsində böyük elmi işçi vəzifəsində çalışıram.Bu gün “Azərbaycan Respublikasının Qazaxıstan və Mərkəzi Asiya respublikaları ilə əlaqələri tarixi (1946-1991ci illər)” mövzusunda doktorluq dissertasiyamı tamamlamaq ərəfəsindəyəm.Bu mövzuda çoxlu sayda məqalələr çap etdirmişəm. Hətta biri Qazaxıstanda qazax dilində,biri isə Özbəkistanda özbək dilində çap olunub. Sizinlə “Türküstan” qəzetində “Bişkək küçələrində 4nəfərdən biri türkcə danışır ” müsahibəsini oxuyandan sonra Mərkəzi Asiya xalqları ilə əlaqələr qurmaq sahəsində böyük iş apardığınızı görüb bu məktubu yazmalı oldum.Əminəm ki, məni də o əlaqələrdə iştirak etməyə imkan yaradacaqsınız. Xahiş edirəm bu barədə mövqeyinizi mənə emailimə yazmaqla bildirəsiniz.
    Telefonlarım; (050)-753-98-13 mob.
    (012)-434-15-96 ev

  • Salam Əzizağa müəllim! Səmimi sözlərinizə görə təşəkkür edirəm. Sonra sizinlə ətraflı yazışarıq. Öncə mənə qazax dilində dərc olunmuş məqalənizi göndərməyinii rica edirəm. Size uğurlar v can sağlığı dileyi ilə Ramiz müəllim.

  • Ömer:

    Sayın Editörler. Türk Ulusunun Türk Medeniyetinin Büyüklüğünü, dayandığı temeli olan Osmanlı Devletini ve Türkiye, Azerbaycan, Kırgızistan,Türkmenistan, Kazakistan, Özbekistan ve sayamadığım diğer devletlerin bir araya gelip kardeşçe dostça Müttefik olmasını güç birliği yapmasını temenni ediyor ve unutulmamasını, unutturulmamasını rica ediyorum. Türkiye Cumhuriyeti Devletinden Sizleri seven Kucaklayan bir kardeşiniz.!

  • Merhaba. zaten söyledikleriniz bizim en ümde vazifemizdir. 30 Yıldır bu yolun yolçusuyuz. Diğer web sayfalarımızada davet ediyorum sizleri
    http://www.turkelpress.com
    http://www.ahiskapress.com
    Selam ve saygılarla Ramiz bey – kazakistan, Almatı şehri.

  • Nizami Mammadov:

    İyulun 5-də Bakıda keçiriləcək Dünya azərbaycanlılarının III Qurultayına 1272 nümayəndə seçilib. Qurultayda dünyanın 42 ölkəsindən 579 nümayəndə və 211 qonaq iştirak edəcək.

    Diasporla İş Üzrə Dövlət Komitəsindən SalamNews-a bildirilib ki, Rusiya 155, Türkiyə 101, Ukrayna 49, Almaniya 43, Gürcüstan 41, ABŞ 28, İsveç 23, Niderland 21, İsrail 17, Özbəkistan 13, Fransa 12, Böyük Britaniya və Şimali İrlandiya 11, Kanada 10 nəfərlə təmsil olunacaq.

    Qurultayda Azərbaycanın bütün bölgələrini əhatə edən dövlət və hakimiyyət strukturları, qeyri-hökumət təşkilatları, elm, təhsil, mədəniyyət və digər yaradıcı qurumlar və siyasi partiyalardan 677 nümayəndə və 405 qonaq dəvət olunub.

    Dünya Azərbaycanlılarının III Qurultayında ümumilikdə 13 ölkənin parlamentindən 29 deputatın iştirakı planlaşdırılır.

    Qurultayda Qırğızıstan parlamentinin sədri Axmatbek Keldıbekovun, Gürcüstanın Diaspor məsələləri üzrə dövlət naziri Papuna Davitayanın, Türkiyə Nazirlət Kabineti yanında Xaricdə yaşayan Türklər və Qohum Topluluqlar üzrə Başkanlığın rəhbəri Kemal Yurtnacın, Moldovanın Qaqauz Yeri Başqanı Mixail Formuzalın, Rusiyanın Xarici Ölkələrdə Yaşayan Həmvətənlərlə və Beynəlxalq Əməkdaşlıq üzrə Federal Agentliyinin idarə rəisi, general Vladislav Şvetsovun, Türkiyə Baş nazirinin müşaviri Sadettin Kılıcın, Gürcüstanın Kvemo-KArtli bölgəsinin qubernatoru David Kirkitadzenin, Türkiyə Kocaeli Böyük şəhər Bələdiyyəsinin sədri İbrahim Karaosmanoğlunun, Dağıstanın ədliyyə naziri Azadi Rəhimovun və başqalarının iştirakı gözlənilir.
    http://www.RST.az

  • Salam Ramiz bəy!
    Mən sizin saytınıza məktub göndərəndən sonra bir müddət cavab almadim. Elə düşündüm ki yəqin yadinizdan çıxmış olaram. Ancaq bu günlərdə təsadüfən cavab məktubunuzu oxudum. Xahiş edirem menim emailime emilinizi göndərin. mənim emailim belədir: eziz-aga@mail.ru
    Men sizin emailinizi bilmediyimden yazi göndərə bilmirəm.

  • Салам! Обращаюсь по русски, т.к. еще не обзавелась еще клавиатурой с алфавитом азербайджанского языка.
    Я родом из Баку, живу в Казахстане, в г. Астана с 2002 года. В настоящее время возглавляю казахстанский офис международной юридической компании “Alba Group”.

    Наша компания представляет интересы клиентов в различных областях права и отраслях экономики. Наши специалисты имеют уникальный опыт сопровождения масштабных инвестиционных проектов, связанных со строительством промышленных предприятий и разработкой месторождений полезных ископаемых, реализованных крупнейшими международными и казахстанскими корпорациями, а также проектов, реализуемых компаниями нефтегазового сектора, металлургии, банковского сектора и сферы телекоммуникационных услуг.
    Альба Групп оказывает услуги своим клиентам по вопросам инвестиционного права, недропользования, корпоративного права, банковского права, строительства, финансирования инвестиционных проектов, а также участия в государственных закупках на территории Республики Казахстан, построения системы внутреннего контроля и аудита предприятий, а также осуществляет представительство интересов клиентов в судах. Подробнее на сайте: http://www.alba-law.com.

    Буду очень рада установлению контактов с Вами, а также готова рассмотреть возможности дальнейшего сотрудничества. Со своей сторона буду рада предложить весь спектр юридических услуг по правовому сопровождению реализуемых членами вашей организации проектов, а также для разрешения отдельно возникающих вопросов.

    Со мной можно связаться следующему электронному адресу:
    ainur5050@gmail.com

    С уважением,
    Генеральный директор ТОО “Альба Групп”
    Айнур Маммадова

  • Салам! Обращаюсь по русски, т.к. еще не обзавелась клавиатурой с алфавитом азербайджанского языка.
    Я родом из Баку, живу в Казахстане, в г. Астана с 2002 года. В настоящее время возглавляю казахстанский офис международной юридической компании “Alba Group”.

    Наша компания представляет интересы клиентов в различных областях права и отраслях экономики. Наши специалисты имеют уникальный опыт сопровождения масштабных инвестиционных проектов, связанных со строительством промышленных предприятий и разработкой месторождений полезных ископаемых, реализованных крупнейшими международными и казахстанскими корпорациями, а также проектов, реализуемых компаниями нефтегазового сектора, металлургии, банковского сектора и сферы телекоммуникационных услуг.
    Альба Групп оказывает услуги своим клиентам по вопросам инвестиционного права, недропользования, корпоративного права, банковского права, строительства, финансирования инвестиционных проектов, а также участия в государственных закупках на территории Республики Казахстан, построения системы внутреннего контроля и аудита предприятий, а также осуществляет представительство интересов клиентов в судах. Подробнее на сайте: http://www.alba-law.com.

    Буду очень рада установлению контактов с Вами, а также готова рассмотреть возможности дальнейшего сотрудничества. Со своей стороны буду рада предложить весь спектр юридических услуг по правовому сопровождению реализуемых членами вашей организации проектов, а также для разрешения отдельно возникающих вопросов.

    Со мной можно связаться следующему электронному адресу:
    ainur5050@gmail.com

    С уважением,
    Генеральный директор ТОО “Альба Групп”
    Айнур Маммадова

  • Salam Aynur xanım! Telefon zənginizi gözlədik. Yenə də gözlərik. Buyurun, istəyinizxi və arzunuzu bildirin!
    Hörmətlə baş redaktor Ramiz M.

  • gul:

    salam necesiz hamiya salamlar

  • Мурат Алиев:

    Здравствуйте, я хотел бы узнать, а можно ли вступить в ассоциацию и что для этого нужно сделать? Проводятся ли какие-нибудь работы с молодёжью? Какие интересы нашей диаспоры представляют руководители ассоциации, и т.д.

  • Мурат Алиев:

    Мурат Алиев. e-mail: tarum88@mail.ru

  • +77017113466 Ayvaz muallime zeng vurun.

  • Salam, Ramiz müəllim.

    Mən “Paritet” qəzetinin (www.paritet.az) əməkdaşıyam. Özüm diaspor yazarıyam.

    Bizim qəzet diaspor bağlı layihəsini davam etdirir. Mən Əbülfəz müəllimə müsahibə üçün suallar göndərmişdim ki, Sizə versin. Amma suallara cavab hələ də gəlməyib…

    Hörmətlə,Fuad Hüseynzadə, “Paritet” qəzet

  • Salamlar! Yadımdadır sualların göndərilməsi. Ancaq Əbülfəz müəllimin vaxtı olmadığından sualların bir neçəsi cavabsız qaldı. Ondan soruşdum. Dedi ki, VƏTƏN qəzetində 2 səhifəlik material var, mümkündürsə, oradan istifadə etsin Fuad bəy.Linkini mən göndərirəm qəzetin. http://www.vatanpress.com/fotolar/2012/01/Otan-23-95-2011-web.pdf
    Sağ olun. Uğurlar diləyi ilə Ramiz M.

  • Жайлыбаев Даулет:

    ассалмуалейкум диаспора мен әл Фараби атындағы Қаз ҰУ дін магистрантымын диссертация тақырыбым “Қазақстандағы азербайжандар” соған байланысты маған информациялар керек еди. алматыдағы адрестеринизди берсениз, отінемін!

  • Men 14 Fevralda Almatida bolom. Tel.+77013442771.

  • Salam, Əbülfəz müəllim.

    Necəsiniz?İnşallah ümid edirəm ki, səhhətinz yaxşıdır.

    İşlər necə gedir, bizim həmkarımız Ramiz müəllim necədir?

    Biz daha yorulduq diaspor axtarmaqda. Bu diasporlarimiz niyə əlaqəyə çıxmırlar. Hansina yazirsan heç bir cavab vermirlər.Ona görə planimda var ki, gəlib oralarda diaspordan yerində material hazirlayim. Həm də “sveji” materialllar olar.Sizdən məsləhət alamq isteyirəm. Necə fikirləşirsiniz, oralara gəlsəm yazlar hazirlamaq üçün diapordan adam tapmaq olar.Bu baximdan bizə oralarda dəstək ola bilərsiznimi?

  • Salam. Bakıdakı diaspor Komitəsinin göndərişlərinə əsasən fəaliyyətimizi istiqamətləndiririk. Mümkünsə Komitədə qazaxistan üzrə əlaqələndirici ilə görüşün və bizə məlumat versinlər, gözümüz üstündə yeriniz var. Buyurun, Qazaxıstanın hansı bölgəsini istərsiniz, təşkilatlarımıza deyərik görüşərsiniz.
    Sağ olun!

Şərh yazın

GÜNÜN FOTOSU


------------------------------------------------- VƏTƏN qəzeti №15(134) – 2013-ci il

VƏTƏN qəzeti №16 (135) – 2013-ci il

VƏTƏN qəzeti №17(136) – 2013-ci il

VƏTƏN qəzeti №18(137) – 2012-ci il


Astanada Azərbaycan Evi tikilir
Организация Исламская Конференция (ОИК)
----------------------------------------------------
Video
Qarabağı Unutma! Unutdurma!
Ziyarətçilər
free counters