Bölmələr
Arxiv

Diasporumuz

Sosiaslist Əməyi Qəhrəmanının oğlu Qazaxıstan prezidenti tərəfindən yubiley medalına layiq görüldü

Ayvaz Məmmədhəsənov

Qazaxıstan Azərbaycanlıları Assosiasiyası İctimai Birliyinin Almatı şəhər filialının sədri Ayvaz Məmmədhəsənov Qazaxıstanın müstəqilliyinin 20 illiyi ilə bağlı diaspor fəaliyyətində göstərdiyi xidmətlərə görə prezident Nursultan Nazarbayevin sərəncamı ilə “Qazaxıstanın müstəqilliyinin 20 illiyi” yubiley medalı ilə təltif olunub.  Almatı şəhərində və vilayət də daxil olmaqla Azərbaycan diasporu şəhərin ictimai-siyasi, sosial-mədəni həyatında fəal rol oynamaqdadır.

Ayvaz Məmmədhəsənov bildirib ki, təltif olunduğum medal mənə deyil, bütün Qazaxıstan azərbaycanlılarına verilən yüksək qiymətdir.

Dostları Ayvazı təbrik etməyə gəlmişdi

Qeyd edək ki, Ayvaz Məmmədhəsənovun atası İmanverdi Məmmədhəsənov hələ 22 yaşında ikən Sosialist Əməyi Qəhrəmanı kimi yüksək ada layiq görülüb. Çox sevindirici haldır ki, 1947-48-ci illərdə bir kənddən 11 nəfər azərbaycanlı da bu yüksək fəxri ada layiq görülüb.
Məmmədhəsənovlar ailəsi keçən əsrin 1932-37-ci illərində Azərbaycanın Masallı rayonundan Qazaxıstana sürgün olunublar və bu gün də o nəslin davamçıları Cambul vilayətinin Çu rayonunda yaşamaqdadırlar.
“Çoxuşaqlı bir ailənin övadlarından deyəsən mənə qismət olub rəhmətlik atamın yolunu davam etdirmək”, deyə Ayvaz Məmmədhəsənov sevincini bölüşür.

Hökümə Xəlilova.

Ramiz Məşədihəsənli: “”Bişkək küçələrində 4 nəfərdən biri türkcə danışır” (MÜSAHİBƏ)
Azər­bay­ca­nın ta­nın­mış te­le­jur­na­list­lə­rin­dən olan Ra­miz Mə­şə­di­hə­sən­li ar­tıq bir ne­çə il­dir ki, qar­daş Qa­za­xıs­tan­da və Qır­ğı­zıs­tan­da ge­niş me­dia fəa­liy­yə­ti ilə məş­ğul­dur. O, “Tür­kel” və “Və­tən” qə­ze­ti­nin, həm­çi­nin “Al­tın kör­pü” dər­gi­si­nin baş re­dak­to­ru­dur. Ra­miz bəy­lə mü­sa­hi­bə­mi­zə sö­zü­ge­dən me­dia qu­rum­la­rı­nın ha­zır­kı du­ru­mu ilə bağ­lı su­al­la baş­la­dıq:
– Ön­cə, siz­lə­ri Ulu Tür­küs­tan­dan sa­lam­la­yı­ram və mü­tə­ma­di əla­qə sa­xa­la­dı­ğı­nız üçün si­zə də­rin tə­şək­kü­rü­mü bil­di­ri­rəm. Əl­bət­tə, ad­la­rı­nı çək­di­yi­niz “Tür­kel” və “Və­tən” qə­zet­lə­ri, “Al­tın kör­pü” dər­gi­si çap olu­nur və ar­tıq ge­niş oxu­cu küt­lə­si tə­rə­fin­dən rəğ­bət­lə qar­şı­lan­maq­da­dır. Davmı üçün tıqla: http://modern.az/articles/12602/1/

Almatıda möhtəşəm Novruz bayramı

Qazaxıstan Xalqları Assambleyasına daxil bu ölkədəki Qazaxıstan Azərbaycanlıları Assosiasiyası Respublika İctimai Birliyi, Qazaxıstan Ahıskalı Türkləri Mədəniyyət Mərkəzi və “Etnos Forum”un Almatı şəhərindəki “PUQASOV” əyləncə mərkəzində təşkil etdiyi NOVRUZ BAYRAMI şənliyində ölkədəki bir çox diaspor təşkilatlarının rəhbərləri, müxtəlif xalqların təmsilçiləri, Azərbaycan və Türk icmalarının nümayəndələri, KİV və musiqi kollektivləri iştirak edirdilər.

 
 
 
 

 

Əbülfəz Müslümoğlu (ortada)

Tədbiri giriş sözü ilə Qazaxıstanın keçmiş baş naziri Sergey Tereşşenko açaraq Azərbaycan və Türk diasporunun rəhbərlərinə bu cür möhtəşəm Novruz Bayramı proqramına görə təşəkkürlərini çatdırdı və Qazaxıstanda məskunlaşan ukraynalılar adından hər kəsi təbrik etdi.

 

Sonra söz Qazaxıstan Azərbaycanlıları Assosiasiyası Respublika İctimai Birliyinin sədri, Qazaxıstan Xalqları Assambleyası və Dünya Azərbaycanlıları Əlaqələndirmə Şuralarının üzvü, texnika elmləri namizədi Əbülfəz Müslümoğluna verildi. O, keçən il sel-suları daşqınları zamanı Almatı vilayətindəki Qızılağac qəsəbəsindəki faciə səbəbi ilə Novruz Bayramı tədbirinin təxirə salınaraq, Ahiska türkləri ilə birlikdə ayrılacaq vəsaiti qazax qardaşların yardımı üçün yönəldildiyini bildirdi. Bu il isə Qazaxıstanın müstəqilliyinin 20-ci ilində xalqımızın, elimizin və obamızın ən əziz müqəddəs bayramı olan NOVRUZUN

Sergey Tereşşenko

İmpreiya illərindən sonra 20-ci dəfədir geniş, təmtaraqlı keçirildiyini söylədi. Sonra Qazaxıstan Azərbaycanlılarının son dönəmlərdəki uğurlarından və ölkənin ictimai-siyasi, mədəni həyatında fəal rol oynadıqlarına toxundu. Aprelin 3-də Qazaxıstanda keçiriləcək Prezident seçkilərində bütün soydaşlarımızın bir nəfər kimi, hazırkı dövlət başçısı Nursultan Nazarbayevə səs verəcəklərini dedi.

Ə.Müslümoğlu bir daha salona toplaşanları Novruz Bayramı münasibətilə təbrik edib, onlara can sağlığı və xoşbəxtliklər arzuladı.

Sonra Qazaxıstan Xalqları Assambleyası Şurasının üzvü olan millətlərin diaspor başçıları öz təbriklərini və ürək sözlərini çatdırdılar.

 
 
 
 

 

Azərbaycan və Ahıska türkləri fəalları

 

Əbülfəz Müslümoğlu

“VƏTƏN” qəzetinin baş redaktoru Ramiz Məşədihəsənli isə Azərbaycanın Qazaxıstandakı səfiri Zakir Həşimovun soydaşlarımıza ünvanladığı Novruz Bayramı təbriklərini söylədi.

Ahıska Türkləri Mədəniyyət Mərkəzi adından şəhər cəmiyyətinin sədr müavini Tamara Hüseynova və Ahıska Mədəniyyət Mərkəzi Din Komitəsinin sədri Fuad Uçar sədr Ziyatdin İsmihanoğlu və diaspor adından Novruz münasibətilə təbriklərini söylədilər.

Almatı şəhər Cəmiyyətlərinin sədrləri

Bir neçə gün əvvəl Qazaxıstanda ilk dəfə olaraq fəaliyyətə başlayan Azərbaycan Qadınlar Cəmiyyətinin sədri Mehriban Yadullaqızı da çıxış edərək tədbir iştirakçılarına xoş arzularını bildirdi.

600-dən çox dəvətlinin qatıldığı Novruz Bayramı mərasimi boyunca İmran Əmrahovun idarəsilə Azərbaycan musiqi qrupu və Rita Aslanovanın rəhbərlik etdiyi “Bahar” rəqs ansamblının ifaları məclis iştirakçılarına mənəvi zövq bəxş etdi.

 
 
 
 

 

 

Mehriban Yadullaqızı STS TV müsahibə verərkən

Azərbaycan diasporunun fəalları – sədrin birinci müavini Süleyman Əhmədov,

Amir Ömürbekov və Əbülfəz Müslümoğlu

müavin Allahverdi Məmmədov, Almatı şəhər “Ozan” Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Ayvaz Məmmədhəsənov, müavin İlham Tağıyev, İsahət Şirinov, Qəhrəman Sadiyev, Qazaxıstan Xarici Dillər və Məslək Universitetinin prorektoru, elmlər doktoru, professor Leyla xanım, S.Dəmirəl adına Universitetin dekanı Hümbət Əliyev, Qazaxıstan Milli Tele-radio Korporasiyasının “Dostluq” redaksiyasının baş redaktoru Amir Ömürbekov və başqaları da öz çıxışlarında Novruz Bayramının yüksək səviyyədə Azərbaycan vəTürk xalqlarının milli ruhuna uyğun şəkildə keçirildiyini, bütün mərasim iştirakçılarının razı qaldıqlarını dilə gətirdilər.

www.vatanpress.com

Qəhrəman Sadiyev

 
 
 
 

 

 

Təşkilat Komitəsinin toplantısı olmuşdur
Martın 20-də Qazaxıstan Azərbaycanlıları assosiasiyası Respublika İctimai Birliyinin Almatıdakı qərargahında diaspor fəallarının iştirakilə “Novruz Bayramı – 2011” adlı proqramla bağlı növbəti toplantısı keçirilib.
Sədrin birinci müavini Süleyman Əhmədov, müavin Allahverdi Məmmədov, fəallardan İsahət Şirinov, Qəhrəman Sadiyev, İlham Tağıyev, “VƏTƏN” qəzetinin baş redaktoru Ramiz Məşədihəsənli və başqaları çıxış edərək martın 21-də Almatı şəhərindəki Puqasov əyləncə mərkəzində keçiriləcək Novruz Bayramı tədbirinə 1000 nəfərin dəvət edildiyini və bir o qədər də süfrə açılacağını, xalqımızın adət-ənənəsinə, adına layiq bir bayram düzənlənəcəyini bildirdilər.

Əli Qurbanov

Sonra Almatıda məskunlaşan yurddaşlarımızın tarixi bölgələrinə uyğun olaraq ağsaqqall və başçı seçilməsi təklifi irəli sürüldü. Qazaxıstan Azərbaycanlıları assosiasiyası Respublika İctimai Birliyinin sədri Əbülfəz Müslümoğlu da hamı kimi bu təklifi bəyəndiyini söylədi və diasporun maliyyə fonduna başçılıq edəcək şəxsin – iş adamı Əli Qurbanovun namizədliyini irəli sürdü. Bu təklif də toplantı iştirakçıları tərəfindən yekdil səslə qəbul olundu.
Ə.Müslümoğlu bir daha toplantı iştirakçılarını Novruz Bayramı münasibətilə təbrik edərək, xoş arzularını çatdırdı.
www.vatanpress.com

 

Qazaxıstanda ilk dəfə olaraq Azərbaycan qadınlarının cəmiyyəti yaradılıb

16/03/2011/ 18:02
Şrift ölçüsü:

Təşkilat Qazaxıstan Azərbaycanlıları Assosiasiyası Respublika İctimai Birliyi tərkibində fəaliyyət göstərəcək

 

Mehriban Yadullaqızı

“Qazaxıstan Azərbaycanlı Qadınlar Cəmiyyəti” adlanan qurum elə 8 Mart beynəlxalq Qadınlar Bayramı günü təsis olunub. Həmin gün Qazaxıstan Azərbaycanlıları Assosiasiyasının təşəbbüsü ilə Almatı şəhər və vilayətindəki bir sıra etnomədəni birlik təmsilçilərinin  iştirakı ilə tədbir keçirilib. Tədbirdə Assosiasiyanın sədri Əbülfəz Müslümoğlu çıxış edərək, xanımları təbrik edib və onların cəmiyyətdə oynadığı roldan danışıb. 200-ə yaxın mərasim iştirakşısına gül-çiçək və hədiyyələr təqdim olunub, onlar Azərbaycan mətbəxindən nümunələrdən, ləziz yeməklərimizdən dadıblar.
Mərasim zamanı həm də Qazaxıstan Azərbaycanlı Qadınlar Cəmiyyətinin də təsis yığıncağı keçirilib, ixtisasca həkim olan Mehriban Yadullaqızı yekdil səslə təşkilatın sədri seçilib. Qazaxıstan Azərbaycanlıları Assosiasiyası Respublika İctimai Birliyi tərkibində fəaliyyət göstərəcək Cəmiyyətin toplantısı haqqında çıxışlar və qərarlar protokollaşdırılaraq, rəsmi qeydiyyatdan keçirilməsi üçün müvafiq dövlət orqanına təqdim olunacaqdır.

Ə.Müslümoğlu bildirb ki, Qazaxıstanın bütün vilayətlərində də Cəmiyyətin şöbələrini yaratmaq nəzərdə tutulur: “Biz bunu bunu çoxdan gözləyirdik. Önəmlisi, əsas addım atılıb. Deməli, kişilərin bəzən cəsarətlə həyata keçirə bilmədiyi proqramı Azərbaycan xanımları yerinə yetirməyə çalışacaqdır. Bu yolda yeni və ilk addım atan Qazaxıstan Azərbaycanlı Qadınlar Cəmiyyəti qurucularına uğurlar diləyirik”.

Onun sözlərinə görə, Azərbaycan qadınları demək olar ki, Qazaxıstanın ictima-siyasi, elmi-mədəni, sosial-məişət həyatında həmişə fəal rol oynayıblar: Heç uzağa getmək də lazım deyil. Keçən əsrin 1930-cu illərində Azərbaycandan Qazaxıstana sürgün olunmuş soydaşlarımızdan xanımlar İkinci Dünya savaşından sonra quruculuq-bərpa işlərində kişilərlə çiyin-çiyinə çalışmış, hətta dövlətin yüksək fəxri adlarına layiq görülüblər. Misal üçün, 1948-ci ildə Cambul vilayətinin Çu rayonunun Yeni Yol kəndindən 9 azərbaycanlıya Sosialist Əməyi Qəhrəmanı adı verilib ki, onların sırasında Suqra Əliyeva adlı bir yurddaşımız da bu yüksək adı qazanıb. Bu gün də belədir. Azərbaycanlı xanımlar hər sahədə fəal rol oynamaqla geniş təcrübə əldə ediblər”.

Ə.Müslümoğlu bu günümüzün tələblərinə cavab verə biləcək Qadınlar Təşkilatının yaradılmasının çox mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

FUAD
<!–[if !supportLineBreakNewLine]–>
<!–[endif]–>
 

http://www.paritet.az/gundem/3414.html

Qazaxıstanda ilk dəfə olaraq Azərbaycan qadınlarının Cəmiyyəti yaradılıb. Bu haqda “Paritet”ə Qazaxıstan Azərbaycanlıları Assosiasiyası İctimai Birliyinin mətbuat xidmətindən məlumat verilib. 

 

 

Qazaxıstanda ilk dəfə olaraq Azərbaycan qadınlarının cəmiyyəti yaranmışdır

 
 
 
 
 
 
 
 

 

Mehriban Yadullaqızı

Bunu çoxdan gözləyirdik. Hər dəfə də Hökümə xanımla bu barədə uzun-uzadı söhbətimiz, müzakirəmiz olurdu. Axı, nədən də Qazaxıstan Azərbaycanlıları xanımlarının bir cəmiyyəti, mədəniyyət mərkəzi qurulmasın?

Azərbaycan qadınları demək olar ki, ölkənin ictima-siyasi, elmi-mədəni, sosial-məişət həyatında həmişə fəal rol oynayıblar. Heç uzağa getmək də lazım deyil. Keçən əsrin 1930-cu illərində Azərbaycandan Qazaxıstana sürgün olunmuş soydaşlarımızdan xanımlar İkinci Dünya savaşından sonra quruculuq-bərpa işlərində kişilərlə çiyin-çiyinə çalışmış, hətta dövlətin yüksək fəxri adlarına layiq görülmüşlər. Misal üçün, 1948-ci ildə Cambul vilayətinin Çu rayonunun Yeni Yol kəndindən 9 aəzrbaycanlıya Sosialist Əməyi Qəhrəmanı adı verilmişdir ki, onların sırasında Suqra Əliyeva adlı bir yurddaşımız da bu yüksək adı qazanmışdır.
Bu gün də belədir. Azərbaycanlı xanımlar hər sahədə fəal rol oynamaqla geniş təcrübə əldə etmişlər. Deməli, bu günümüzün tələblərinə cavab verə biləcək Qadınlar Təşkilatının yaradılması çox mühüm əhəmiyyət kəsb etməlidir.
Qazaxıstan Azərbaycanlıları Assosiasiyası Respublika İctimai Birliyinin təşəbbüsilə 8 Mart beynəlxalq Qadınlar Bayramı münasibətilə Almatı şəhər və vilayətindəki bir sıra etnomədəni birlik təmsilçilərinin qatılımı ilə keçirilən tədbirdə diaspor başçısı Əbülfəz Müslümoğlu çıxış edərək, xanımları təbrik etmiş və onların cəmiyyətimizdə oynadığı roldan danışmışdır. 200-ə yaxın mərasim iştirakşısına gül-çiçək və hədiyyələr təqdim olunmuş, onlar Azərbaycan mətbəxindən nümunələrdən, ləziz yeməklərimizdən dadmışlar.
Tədbir zamanı həm də Qazaxıstan Azərbaycanlı Qadınlar Cəmiyyətinin də təsis yığıncağı keçirilmiş, ixtisasca həkim olan, biznes-ledi Mehriban Yadullaqızı yekdil səslə təşkilatın sədri seçilmişdir. Qazaxıstan Azərbaycanlıları Assosiasiyası Respublika İctimai Birliyi tərkibində fəaliyyət göstərəcək Cəmiyyətin toplantısı haqqında çıxışlar və qərarlar protokollaşdirilaraq, rəsmi qeydiyyatdan keçirilməsi üçün müvafiq dövlət orqanına təqdim olunacaqdır. Qazaxıstanın bütün vilayətlərində də Cəmiyyətin şöbələrini yaratmaq nəzərdə tutulur.
Önəmlisi, əsas addım atılmışdır. Deməli, kişilərin bəzən cəsarətlə həyata keçirə bilmədiyi proqramı AZƏRBAYCAN XANIMLARI yerinə yetirməyə çalışacaqdır. Bu yolda yeni və ilk addım atan Qazaxıstan Azərbaycanlı Qadınlar Cəmiyyəti qurucularına uğurlar diləyir, yolunuz açıq olsun və SİZƏ afərin deyirik!

İndi isə, həyatda ən müqəddəs və əziz saydığımız varlıq olan ANALAR haqqında son sözəvəzi olaraq “Tanrının özü qədər müqəddəsdir analar” sərlövhəli qeydlərimizi diqqətinizə çatdırmaq istərdik.

Həyatın açılmamış möcüzələri, sirləri çoxdur. Bəlkə də elə bizi o sirlər, möcüzələr idarə edir. Bizi düşündürən, bizi sevindirən də o varlıqdır. Bizi yaşadan, ürəyimizdə ümid çırağı yandıran, sonsuz sevgisini öz ciyərparası üçün əsirgəməyən bir varlıqdır analar…

Elə o varlıq özü deyilmi Yaradanın sevgisinə çevrilən, onun dərgahına ucalan?! Əvəzi olmayan bu varlığın şirinliyini, dadını heç nə əvəz edə bilməz. Bu, kəhkəşanlarda ulduzların sayı qədər sonsuz olan ana məhəbbətidir, övladın anaya olan sevgisidir.
Analar həmişə müqəddəsliyi ilə seçilib. Dahilərin dediyi kimi, “Dünyada elə bir varlıq var ki, biz həmişə ona borcluyuq. O, anadır”. Ana borcu əvəzsiz borcdur. Heç bir övlad o borcu qaytara bilməz. Orta məktəb illərində anama yazdığım bir misra yadıma düşür…

Keçsə qərinələr, dolansa illər,

Qulluğunda hazır dursaq da inan.

Kim sənin borcunu ödəyə bilər?!

Ey borcu geriyə almayan insan.

Ana elə bir varlıqdır ki, həyatda onu heç nə ilə əvəz etmək olmur. çünki ana övlad üçün ürəyini həmişə verməyə hazırdır. Onun üçün hər vaxt narahatdır. Hətta ən şirin tikəsini də özünə qıymayıb doğma balasına yedizdirir ana.
Hər kəsdən sonra yatar analar. Hər kəsdən əvvəl qalxar.
Kədərli, həyəcanlı, min bir hissə qapılaraq yolunu itirən ürəklərə ən sakit bir limandır ana ürəyi…Kədərinizə ortaq, dərdinizə çarədir ana…
Nə qədər böyüyürsünüzsə böyüyün, hansı peşənin sahibi olursuz olun, onun gözündə həmişə uşaqsınız.
Bezməz ana, usanmaz heç vaxt. Övladını sevməkdən, dua etməkdən, incisə də bağışlamaqdan, uzaqdasınızsa, yol gözləməkdən yorulmaz. Bəli, belədir ana. İndi onu daha hansı sözlə təsəffür edək, bilmirəm…
Hər hansı bir insan, hər hansı bir qadın qəlbinə siğmaz ana. Yalnız hiss edə bilərsiniz ananıza olan duyğularınızı. Əllə tuta bilmərsiniz. Gözlə görə bilmərsiniz. Ona görə də cənnət anaların ayaqları altındadır.Ona görə də ən uca məqamlarda çəkilir adı… Anaya “Of” belə demək günahadır. Haqqını ödəmək olmaz onun. Ömrünü həsr etdiyi övladlarına müqəddəs bir əmanətdir. Nə bəxtəvərdir anasını razı salan, xeyir-duasını alan övladlar…
Uşaq dünyaya gələndə onun dünyada yaşaması üçün hər şeyindən kecəcək olan bir mələk vardır, varlığını ona verəcək, daim onu düşünəcək, onun üçün yaşayacaq. O mələk heç bir zaman onu tək qoymayacaq. Bütün nəvazişi, sevgisi o körpənin üstündə olacaq. Sevgisiylə, ruhuyla, cismiylə o körpəni böyüdəcək.

O mələyin adi Anadır, Ana…

www.vatanpress.com


В Алматы прошла учредительная конференция Общества азербайджанских женщин
пятница, 11 марта 2011, 15:35 Баку, 11:35 GMT
Врач Мехрибан Ядуллагызы была избрана председателем Общества азербайджанских женщин в Казахстане.
В городе Алматы прошла учредительная конференция Общества азербайджанских женщин (ОАЖ).

На конференции принимали участие руководители Общественного объединения Ассоциации казахстанских азербайджанцев (ОБАКА), члены нашей диаспоры, журналисты.

Председатель ОБАКА Абульфаз Муслимоглу поздравил женщин, подчеркнул необходимость создания такой структуры. По его словам, одна из женщин-азербайджанок, в 1937 году высланных в Джамбульскую область Казахстана, – Сугра Алиева через 10 лет – в 1947 году была удостоена звания Героя Социалистического Труда. В том же году из этой области еще 8 азербайджанцев были удостоены этого высокого в советские годы звания, передает AZE.az со ссылкой на АзерТадж.

На мероприятии было сообщено, что проживающие в Казахстане азербайджанские женщины принимают активное участие в общественно-политической жизни страны, работают в различных отраслях экономики, образования, здравоохранения, правоохранительных органах.

На учредительной конференции врач Мехрибан Ядуллагызы была избрана председателем ОАЖ.

Выступившие пожелали председателю Общества азербайджанских женщин успехов в работе.

http://www.aze.az/news_v_almaty_proshla_53658.html

Dünya Azərbaycanlılarınınn ‘n böyük iki problemiylə əlaqəli olaraq, qurultayınızın qərar qabul etmesini arzulayırıq.

Birinci problemimiz, Qarabağ və işğal edilmiş torpaqlarımızın azad edilməsi.

Ikinci ən böyük problemimiz isə, Iran’da ana dillərində təhsil almaqdan məhrum edilən soydaşlarımızın problemləri.

Qurultayıniz 50 milyonluq Azərbaycan Xalqına qutlu olsun.

Izmir Azərbaycan Mədəniyyət Mərkəzi

Sədri və Can Azərbaycan Televizyasının təsisçisi
Cemal Mehmethanoğlu.

2s şərh var: “Diasporumuz”

  • Жайлыбаев Даулет:

    ассаламуалейкум диаспора. мен әл Фараби атындағы ҚазҰУ дын магистрантымын менін диссертация тақырыбым “Қазақстандағы азербайжандар” соған байланысты маған информациялар керек еді. сіздердін Алматыдағы мекен жайларынызды жазып жіберінізші

  • Assel:

    Здравствуйте. Я бы хотела пригласить Азербайджанскую Диаспору на концерт посвященный Великому Сыну Азербайджанского народа, Певцу Муслиму Магомаеву. Концерт будет проходить в Театре Оперы и Балета им. Абая 1 ноября в 17.00. Если вам это интересно, то напишите мне по почте и оставьте координаты.
    С уважением Асель Давлетьярова.

Şərh yazın

GÜNÜN FOTOSU


------------------------------------------------- VƏTƏN qəzeti №15(134) – 2013-ci il

VƏTƏN qəzeti №16 (135) – 2013-ci il

VƏTƏN qəzeti №17(136) – 2013-ci il

VƏTƏN qəzeti №18(137) – 2012-ci il


Astanada Azərbaycan Evi tikilir
Организация Исламская Конференция (ОИК)
----------------------------------------------------
Video
Qarabağı Unutma! Unutdurma!
Ziyarətçilər
free counters